...

Azərbaycanlı gimnastlar Qazaxıstan, Polşa və Rusiyadakı turnirlərdə medallar qazanıblar

Cəmiyyət Materials 6 İyun 2011 12:51 (UTC +04:00)
Azərbaycanlı gimnast Aliyə Qarayeva yaxın keçmişin məşhur idmançısı, adaşı Aliyə Yusifova mükafatı uğurunda Qazaxıstandakı beynəlxalq turnirin qalibi olub.
Azərbaycanlı gimnastlar Qazaxıstan, Polşa və Rusiyadakı turnirlərdə medallar qazanıblar

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycanlı gimnast Aliyə Qarayeva yaxın keçmişin məşhur idmançısı, adaşı Aliyə Yusifova mükafatı uğurunda Qazaxıstandakı beynəlxalq turnirin qalibi olub.

Qarayeva həlqə ilə birinci oyundan sonra liderliyi dərhal ələ keçirib, topla ikinci və gürzlərlə üçüncü çıxışından sonrа heç kim onun xalça sahibi Marina Petrakova üzərindəki qələbəsinə şübhə etməyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir.

Fəxri kürsünün üçüncü pilləsinə azərbaycanlı gimnast Anna Qurbanova, eləcə də eyni sayda xal toplamış rusiyalı gimnast Yana Lukonina çıxıb.

Mərkəzi Asiyadakı yarışlarda gimnastlarımız qızıl və bürünc medallar qazanıblarsa, Avropanın mərkəzində - Polşada keçirilən Baltic Cup turnirində zəriflərimiz gümüş mükafatlarla kifayətləniblər.

Ceyla Qurbanova, Anastasiya Prasolova, Aelita Xələfova, Səbinə Abbasova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası üç lent və iki həlqə ilə hərəkətlərdə ikinci yeri tutaraq İsraildən olan kollektivdən geri qalıblar.

İkinci gümüş mükafatı yeniyetmələrin yarışında çıxış edən 12 yaşlı Ləman Hacızadə alıb. Burada qalib rusiyalı gimnast olub.

Digər iştirakçılarımıza gəlincə, Zeynəb Cavadlı çoxnövçülükdə 22 gimnast arsında bütün finallara düşərək altıncı olub. Ən yaxşı nəticəni o, topla hərəkətlərdə göstərib və beşinci yeri tutub. Yeniyetmələrin turnirində çıxış edən 1998-ci il təvəllüdlü Gülsüm Şəfizadə səkkizinci yeri tutub.

Moskvaətrafı Zveniqorodda keçirilən daha bir yarışdan gənc gimnastlarımız medallarla qayıdıblar.

Belə ki, ikinci yerə Lala Kramarenko (2004-cü il təvəllüdlü), Leyla İbrahimova, Darya Sorokina, Balaxanım Əhmədova, Ləman Hacıyeva və Nuranə Mənsurovadan (2001-2002-ci il təvəllüdlü) ibarət "Spartak" idman cəmiyyətinin qrup komandası çıxıb. Bununla yanaşı, 10 yaşlı Leyla İbrahimova da şəxsi hesabda bürünc mükafatçı olub.

Xəbər lenti

Xəbər lenti