...

Müdafiə sənayesi sahəsində kadrların hazırlanması üçün ayrıca fakültənin yaradılması mühüm addımdır - ekspert

Cəmiyyət Materials 9 İyun 2011 14:07 (UTC +04:00)
Müdafiə sənayesi sahəsində kadrların hazırlanması üçün ayrıca fakültənin yaradılması mühüm addımdır. Bunu cümə axşamı Trend-ə hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Üzeyir Cəfərov bildirib.
Müdafiə sənayesi sahəsində kadrların hazırlanması üçün ayrıca fakültənin yaradılması mühüm addımdır - ekspert

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Müdafiə sənayesi sahəsində kadrların hazırlanması üçün ayrıca fakültənin yaradılması mühüm addımdır. Bunu cümə axşamı Trend-ə hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Üzeyir Cəfərov bildirib.

"Müdafiə Sənayesi Nazirliyi yeni qurumdur və sözsüz ki, bu quruma həmişə bacarıqlı mütəxəssislər lazım olacaq. Bu nazirlik artıq özü haqqında müəyyən fikir də formalaşdırıb. Müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə Azərbaycanı təmsil edir. Bundan sonrakı illər üçün də mütəxəssis kadrlarımız haqqında düşünməliyik. Çünki bugünkü mütəxəssislər keçmiş SSRİ zamanı təhsil almış şəxslərdir. Bu gün nazirliyin həm mərkəzi aparatında, həm yerlərdəki hərbi müəssisələrində müasir texnologiyalara yiyələnmiş mütəxəssislərə ehtiyac var. Bu mütəxəssis potensialı olmasa, gələcəkdə böyük çətinliklərlə üzləşə bilərik", - Cəfərov əlavə edib.

O hesab edir ki, mütəxəssislərin olmaması səbəbindən gələcəkdə MSN-in dövlət büdcəsinə gətirdiyi gəlirin böyük hissəsi xaricdən dəvət edilən mütəxəssislərə verilə bilər.

"Bunun qarşısının alınması üçün öz mütəxəssislərmizin hazırlanması mühüm məsələdir. Kadr potensialının Azərbaycanda hazırlanması, sözsüz ki, mümkündür. Düşünürəm ki, hətta biz bir qədər gecikirik. 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbulda sırf bu sahə üzrə mütəxəssis hazırlığı nəzərə alınsa, yaxşı olar", - ekspert vurğulayıb.

Cəfərov onu da qeyd edib ki, gələcəkdə belə kadrların MSN-in nəzdində yaradılacaq ayrıca təhsil ocağında hazırlanması da mümkündür.

"Bu gün bir çox hərbi qurumlar mütəxəssis hazırlanması üçün məktəblər açıblar. Halbuki bir müddət əvvəl həmin mütəxəssislər Müdafiə Nazirliyinin balansında olan ali hərbi məktəbdə hazırlanırdı. Gələcəkdə imkan olarsa, mütəxəssislərin hazırlanması MSN tərəfindən də həyata keçirilə bilər", - hərbi ekspert deyib.

Cəfərov bildirib ki, Azərbaycanlı mütəxəssislərin təcrübə toplaması üçün xarici ölkələrə göndərilməsi də vacibdir.

"Bu istiqamətdə addımlar atılmalıdır və MSN gənc kadrları təcrübə üçün xarici ölkələrə göndərməlidir. Hazırda bu sahədə boşluq var. Biz bu gün həmin boşluğu hiss etmirik, lakin o, gələcəkdə özünü göstərə bilər", - ekspert əlavə edib.

Azərbaycan hökuməti Müdafiə Sənayesi Nazirliyi üçün kadrların hazırlanması məqsədilə Azərbaycan Texniki Universitetində xüsusi fakültənin yaradılması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti