...

Azərbaycanda xüsusi müəssisələr ləğv ediləcək - Penitensiar Xidmətin rəisi

Cəmiyyət Materials 14 İyun 2011 14:24 (UTC +04:00)
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunanlar üçün nəzərdə tutulmuş 17 xüsusi müəssisə ləğv ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.
Azərbaycanda xüsusi müəssisələr ləğv ediləcək - Penitensiar Xidmətin rəisi

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunanlar üçün nəzərdə tutulmuş 17 xüsusi müəssisə ləğv ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.

Quliyev deyib ki, müəssisələrin ləğvi azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsindən çıxarılması ilə əlaqədardır.

Xidmət rəisi cəzanın ləğvini düzgün addım kimi qiymətləndirib və qeyd edib ki, bu cəza əslində cəzaçəkmə müəssisələrində korrupsiya hallarına yol açırdı, eyni zamanda, müəssisələrdə məhkumların saxlanması üçün lazımi şərait yox idi.

Quliyevin sözlərinə görə, həmin müəssisələrdə təxminən 2 min nəfərə yaxın məhkum cəza çəkib və bu cəzanın ləğvindən sonra onların cəzalarının digər cəza növü ilə əvəzlənməsi istiqamətində iş aparılır.

"Bu müəssisələr ləğv olunandan sonra xeyli sayda kadr potensialı yaranacaq və onlar vakant vəzifələrə yerləşdiriləcəklər", - PX rəisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti