...

Azərbaycanın Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir

Cəmiyyət Materials 16 İyun 2011 14:11 (UTC +04:00)
İdarədən Trend-ə verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və inzibati məsuliyyətə cəlb ediləcək.
Azərbaycanın Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir.

İdarədən Trend-ə verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və inzibati məsuliyyətə cəlb ediləcək.

İdarə avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır.

Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %, küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 % , küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %.

İdarədən bildirilib ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.

"Yol hərəkəti haqqında" qanuna müvafiq olaraq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Xəbər lenti

Xəbər lenti