Azərbaycan, Bakı, 17 iyun /Trend/
Gənclər və İdman Nazirliyində Azərbaycan futbolunun 100 illik yubileyi münasibəti ilə futbolun inkişafında və təbliğində xidmətləri olan şəxslərə fəxri adlar təqdim edilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Orucov Şakir İldır oğlu, Ağayev Elşad Həsənalı oğlu və Məmmədzadə Sakin Məmməd oğlu "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi" adına layiq görülüblər.
Mahmudov Adil Sevil oğlu, Namazov Asif Hüseyn oğlu, Hacıyev Böyükağa Tələt oğlu, Heydərov Şamil Abbas oğlu, Vahabzadə Yaşar Fikrət oğlu, Cəfərov Gündüz Əsədulla oğlu, Qəribov Şakir Dadaş oğlu, Paşayev Vaqif Hacı oğlu, Abdullayev Əsgər Məmməd oğlu, Həsənov Tahir Tərlan oğluna "Əməkdar məşqçi" adı verilib.