...

"Neftçi"nin Çempionlar Liqasında ilk rəqibi məlum olub

Cəmiyyət Materials 20 İyun 2011 15:13 (UTC +04:00)
Bazar ertəsi İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir. Trend-in məlumatına görə, püşkatmada Azərbaycan çempionu "Neftçi"nin rəqibi müəyyən olub.
"Neftçi"nin Çempionlar Liqasında ilk rəqibi məlum olub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bazar ertəsi İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir. Trend-in məlumatına görə, püşkatmada Azərbaycan çempionu "Neftçi"nin rəqibi müəyyən olub.

Bakının "Neftçi" klubunun seçmə mərhələdəki ilk rəqibi "Dinamo" (Zaqreb, Xorvatiya) olub.

Seçmə mərhələnin oyunları iyulun 12-13-ü və 19-20-də keçiriləcək. "Neftçi" və "Dinamo" (Zaqreb, Xorvatiya) arasında ilk oyun Zaqrebdə keçiriləcək.

Çempionlar Liqasının 2011-2012-ci il mövsümündə 76 komanda mübarizə aparacaq. Turnirin finalı 2012-ci il mayın 19-da Münhendəki "Allianz Arena"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti