...

Qum adasında zəlzələləri proqnozlaşdıran yeni stansiya qurulub

Cəmiyyət Materials 21 İyun 2011 12:34 (UTC +04:00)
Azərbaycan alimləri Qum adasında zəlzələlərin proqnozlaşdırılması məqsədilə stansiya işə salıblar. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutundan məlumat verilib.
Qum adasında zəlzələləri proqnozlaşdıran yeni stansiya qurulub

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan alimləri Qum adasında zəlzələlərin proqnozlaşdırılması məqsədilə stansiya işə salıblar. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutundan məlumat verilib.

Yeni seysmoakustik stansiyanı Kibernetika İnstitutunun alimləri Xəzər dənizinin Qum adasında istismarı dayandırılmış neft quyusunda qurublar. O, quyunun polad boruları vasitəsilə yerin dərin qatlarından alınan seysmik küyü zəlzələdən 15-20 saat əvvəl qeyd edir.

İyunun 1-dən 5-dək aparılan təcrübələr zamanı o, 200-300 km radiusda baş verən zəlzələlərin küylərini qeydə alıb.

Hazırda Azərbaycanın Şirvan və Siyəzən regionlarında Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin rəhbərliyi altında daha iki analoji stansiyanın quraşdırılması işi başa çatmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti