...

Azərbaycan ədliyyə sistemində yeni təyinat olub

Cəmiyyət Materials 22 İyun 2011 12:40 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə rəis təyin olunub.
Azərbaycan ədliyyə sistemində yeni təyinat olub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə rəis təyin olunub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Müalicə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahkişi Bağırov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə müəssisəyə rəis təyin olunub.

Penitensiar Xidmətdən məlumatı təsdiqləyiblər.

Müəssisənin əvvəlki rəisi bir müddət öncə təqaüdə göndərilmişdi.

Mənbə bildirib ki, Müalicə Müəssisəsinin baş həkimi Rəşad Dəmirov bir neçə gün öncə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Müəssisəyə hələlik baş həkim təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti