...

Azərbaycanda fotoarxiv funksiyasını daşıyacaq yeni sayt yaradılıb

Cəmiyyət Materials 22 İyun 2011 20:29 (UTC +04:00)
Azərbaycanda fotoarxiv funksiyasını daşıyacaq Fotobank.az adlı yeni sayt yaradılıb.
Azərbaycanda fotoarxiv funksiyasını daşıyacaq yeni sayt yaradılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycanda fotoarxiv funksiyasını daşıyacaq Fotobank.az adlı yeni sayt yaradılıb. Yeni fəaliyyətə başlayan saytda hazırda 5000-dən artıq foto yer alır. Sayt hazırda 4 başlıca qaynağın materialları üzərində qurulub - fotoqraflar Nərmin Tahirzadə, Ədalət Tahirzadə və Əlyazmalar İnstitutunun foto arxivləri və özülü hələ yenicə qoyulmuş "Özəl əski ailə fotoları" yerləşdirilib.

Nərmin Tahirzadənin fotoarxivində Azərbaycanın təhsil tarixi ilə bağlı maraqlı və nadir materiallar cəmləşib. Bu arxivdə həm fotolar, həm də alimin vaxtilə Moskva və Sankt-Peterburq arxivlərindən götürdüyü bir çox arxiv sənədlərin surətləri var.

Ədalət Tahirzadə isə uzun illər boyunca özəlliklə Azərbaycanın unudulmuş insanları haqqında zəngin fotokolleksiya yaradıb - olduqca nüfuzlu ruhaniəri, imkanlı tacirləri və millətin maariflənməsi yolunda çalışmış şəxslərin fotoları yerləşdirilib. Kolleksiyaya Türk dünyası və Türkiyə, eləcə də Azərbaycanın şəhərləri haqqında şəkillər də əlavə edilib.

Əlyazmalar İnstitutunun fotoarxivində vaxtilə Salman Mümtazın (1884-1941) toplamağa başladığı nadir fotolar ayrı-ayrı görkəmli ədəbiyyat və incəsənət xadimlərimizin bu institutda saxlanılan şəxsi fondlarındakı fotolarla daha da zənginləşib.

"Özəl əski ailə fotoları" adlı bölümdə hər bir istifadəçi öz ailəsində uzun illərdən bəri qorunub saxlanmış əski fotoları yerləşdirə bilər. Saytda geniş müzakirələr aparmaq üçün də imkanlar var.

Xəbər lenti

Xəbər lenti