Azərbaycan, Bakı, 25 iyun /Trend/
Bakıda amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyalı hüquq müdafiəçisi Seliya Devisi döyən iki nəfər Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. Bu barədə Trend-ə şənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Seliya Devis və ABŞ vətəndaşı Amanda Erikson dörd nəfər naməlum şəxs tərəfindən döyülüb.
DİN-in məlumatına görə, saxlanılanlar 1993-cü il təvəllüdlü Ramana qəsəbə sakini Tağızadə Adil Hüseyn oğlu və 1983-cu il təvəllüdlü Bakının Nəsimi rayonu sakini Həsənov Roman Musa oğludur.
Cinayəti törədən digər iki şəxsin da adları istintaqa məlumdur, onların saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda iki xarici vətəndaşı döyənlər saxlanılıb
Bakıda amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyalı hüquq müdafiəçisi Seliya Devisi döyən iki nəfər Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.
