...

Azərbaycan avarçəkəni Avropa çempionatında gümüş medal qazandı

Cəmiyyət Materials 27 İyun 2011 15:14 (UTC +04:00)
Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə yeniyetmə oğlan və qızlar arasında I Avropa çempionatına yekun vurulub.
Azərbaycan avarçəkəni Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə yeniyetmə oğlan və qızlar arasında I Avropa çempionatına yekun vurulub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, 18 yaşadək avarçəkənlərin qatıldıqları yarışda Azərbaycanın yeganə təmsilçisi Boris Yotov uğurla çıxış edib. 16 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Avropa çempionatının ilk günündə Yotov seçmə mərhələ yürüşünə qatılıb. İstedadlı avarçəkənimiz Latviya, Çexiya, Litva, Slovakiya və Estoniyadan olan rəqibləri ilə mübarizədə birinci yeri tutub. Təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 42,45 saniyəyə qət edib. O, ən yaxın rəqibi - latviyalı Gints Zundeni 4,83 saniyə qabaqlayıb. Bu nəticə ilə Yotov birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə avarçəkənimiz gümüş medala sahib olub. O, yalnız ukraynalı Andrey Mixaylovdan 2 saniyə geri qalıb. Yürüşün startından təşəbbüsə yiyələnən Mixaylov sonadək liderliyi əldən verməyib.

Xəbər lenti

Xəbər lenti