...

Azərbaycan ali məktəblərinin magistraturalarına qəbul imtahanının nəticəsi açıqlanıb

Cəmiyyət Materials 29 İyun 2011 17:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.
Azərbaycan ali məktəblərinin magistraturalarına qəbul imtahanının nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, imtahanın nəticələri www.tqdk.gov.az saytında yerləşdirilib.

Bu il ali məktəblərin magistraturasına 4396 nəfər qəbul olunub.

İmtahan iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilib.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılıb.

Xəbər lenti

Xəbər lenti