...

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata qəbul edib

Cəmiyyət Materials 30 İyun 2011 16:50 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin Palatasının bu gün keçirilən iclasında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh olunmasına dair sorğusuna baxılıb.
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata qəbul edib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata qəbul edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin Palatasının bu gün keçirilən iclasında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh olunmasına dair sorğusuna baxılıb.

Həmin maddə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilən hədə-qorxu cinayətini nəzərdə tutur.

Baş Prokurorluq sorğusunda vurulan ziyanın real, yaxud gələcəkdə vurulacaq ziyan olmasını müəyyənləşdirməyi KM-dən xahiş edib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 12-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti