...

Bu il Türkiyəyə 500 min azərbaycanlı turist səfər edəcək

Cəmiyyət Materials 1 İyul 2011 18:03 (UTC +04:00)
Ötən il Azərbaycandan Türkiyəyə 436 min turist gedib. Bu il isə həmin ölkəyə gedəcək azərbaycanlı turistlərin sayının 500 min olacağı gözlənilir.
Bu il Türkiyəyə 500 min azərbaycanlı turist səfər edəcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycandan Türkiyəyə 436 min turist gedib. Bu il isə həmin ölkəyə gedəcək azərbaycanlı turistlərin sayının 500 min olacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Türkiyə Turizm Yatırımçılar Dərnəyinin sədri Turqut Gur jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanı dünyada tanıtmaq üçün türk proqramları həyata keçirilməlidir. Bunun üçün ilk növbədə Azərbaycanda həyata keçiriləcək "Eurovison 2012-nin" bütün proqramları açıqlanmalıdır. Gələn ay bunlar açıqlanacaq", - Gur deyib.

O əlavə edib ki, gələcəkdə Azərbaycan turizmdən daha yüksək gəlir əldə edəcək.

Türkiyəli mütəxəssis onu da məsləhət görüb ki, Azərbaycan Avropa ölkələrindən özünə turist cəlb etmək üçün Xəzər dənizi ilə çox da bağlı olmayan digər turizm xidmətləri yaratmalıdır.

"Təbii ki, Xəzər soyuq dənizdir. Avropadan Azərbaycana "Xəzər dənizinə gedim" deyən az olar. Ona görə də burada başqa işlər görülməlidir. Buraya gələn turistlər Azərbaycan mədəniyyətini və mətbəxini tanımalıdırlar, dünya televiziya kanallarında Azərbaycanın turizm potensialı ilə bağlı reklam çarxlarının sayı artırılmalıdır", - Gur əlavə edib.

Xəbər lenti

Xəbər lenti