...

Daxili işlər orqanlarının əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

Cəmiyyət Materials 2 İyul 2011 11:16 (UTC +04:00)
Azərbaycan polisinin peşə bayramı münasibətilə daxili işlər orqanlarının əməkdaşları şənbə günü Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daxili işlər orqanlarının əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan polisinin peşə bayramı münasibətilə daxili işlər orqanlarının əməkdaşları şənbə günü Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ümummilli liderin xatirəsini yad edilib, məzarı üstünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər qoyulub.

Daxili işlər orqanları əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Azərbaycan Daxili İşlər Nazirliyinin yaradılmasından 93 il ötür.

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb.

Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmanla iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti