...

Minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər həlak olub

Cəmiyyət Materials 2 İyul 2011 13:30 (UTC +04:00)
Qax rayonunun Qıpçaq kəndində "Toyota" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər həlak olub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Qax rayonunun Qıpçaq kəndində "Toyota" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ötən axşam baş verən hadisə zamanı "Toyota" avtomobilinin sürücüsü Aqil Ağabala oğlu Nəsirov və sərnişinləri Mustafa Hacı oğlu Nurullayev, Mürvət Ənvər oğlu Mürsəlov və İsmayıl Əli oğlu Xalayev həlak olublar. "VAZ" markalı avtomobilin sürücüsü və sərnişin isə yaralanıb.

Hadisə yerinə cəlb edilən xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "Toyota" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış Nəsirovun cəsədini çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti