...

Azərbaycanın turizm imkanlarının genişlənməsi üçün diasporların təkliflərinə baxmağa hazırıq - nazir

Cəmiyyət Materials 6 İyul 2011 12:27 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diaspor təşkilatlarını ölkədə turizmin inkişaf etdirilməsi üçün təkliflər göndərməyə çağırıb.
Azərbaycanın turizm imkanlarının genişlənməsi üçün diasporların təkliflərinə baxmağa hazırıq - nazir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diaspor təşkilatlarını ölkədə turizmin inkişaf etdirilməsi üçün təkliflər göndərməyə çağırıb. Trend-in məlumatına görə, bunu Qarayev Dünya azərbaycanlılarının III qurultayı çərçivəsində çərşənbə günü keçirilən tədbirdə çıxış edərkən bildirib.

"Azərbaycanın turizm imkanlarının genişlənməsi üçün diaspor tərəfindən göndərilən təkliflərə baxmağa hazırıq", - nazir çıxışında deyib.

O əlavə edib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin, dinlərin, mədəniyyətlərin bir araya gəlmə məkanına çevrilib. Nazir bu tədbirlərin Azərbaycan gerçəkliyinin dünyaya tanıdılmasına böyük şərait yaratdığını bildirib.

Qarayev diaspor təşkilatlarını Azərbaycanın mədəniyyətinə qarşı edilən təcavüzlər zamanı aktiv olmağa da çağırıb.

"Mən diaspor nümayəndələrindən xahiş edirəm ki, hansısa saytlarda Azərbaycan mədəniyyətinə, mənliyinə təcavüz xarakterli iddialar olarsa, onlara cavab verməyi özləri üçün prioritet istiqamət seçsinlər. Dövlətin və ya Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini gözləməsinlər", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti