...

Azərbaycanda rəqəmsal televiziya yayım şəbəkəsi genişləndiriləcək

Cəmiyyət Materials 6 İyul 2011 17:26 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Azərbaycanda rəqəmsal televiziya yayım şəbəkəsi genişləndiriləcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda MTRŞ Aparatı tərəfindən hazırlanmış "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları"nın və "Rəqəmli radio-televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi Qaydaları"nın layihəsi müzakirə olunub və qəbul edilib.

İclasda rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə Bakı şəhəri və bölgələr üzrə yeni televiziya yayım kanallarının ayrılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti