...

Avropa İttifaqının ekspertləri Azərbaycanda monitorinq aparacaqlar

Cəmiyyət Materials 7 İyul 2011 17:18 (UTC +04:00)
Avropa İttifaqının himayəsi və "Qara dəniz - Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun" təşkilatçılığı ilə bir qrup ekspert "Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu" mövzusunda Azərbaycanda monitorinq aparacaqlar.
Avropa İttifaqının ekspertləri Azərbaycanda monitorinq aparacaqlar

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqının himayəsi və "Qara dəniz - Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun" təşkilatçılığı ilə bir qrup ekspert "Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu" mövzusunda Azərbaycanda monitorinq aparacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) bildiriblər.

Avropa İttifaqının (Aİ) İqtisadi və sosial komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Aİ-nin İqtisadi və sosial komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, "Aİ qonşuluğu forumu"nun əlaqələndircisi Amanda Pol Akçakoça, cəmiyyətdə və sosial-inkişafda gənclər və qadınların rolu sahəsində fondun tədqiqatçısı Feliçiya Skoartsa daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti cümə axşamı KİVDF icraçı direktoru Vüqar Səfərli ilə görüş keçirib.

Səfərli qonaqlara KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Azərbaycanda həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyi barədə görüş iştirakçılarının diqqətinə çatdırıb.

Fondun məlumatına görə, görülən işləri müsbət qiymətləndirən nümayəndə heyəti və onun rəhbəri Marius Opra, bu istiqamətdə atılan addımları və həyata keçirlən layihələri dəstəklədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti