...

Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı yazılı imtahanın vaxtı məlum olub

Cəmiyyət Materials 8 İyul 2011 19:15 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək. İmtahan 4 saat davam edəcək.
Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı yazılı imtahanın vaxtı məlum olub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsi iyulun 21-də keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək. İmtahan 4 saat davam edəcək.

Birinci mərhələnin yekunlarına görə, 299 nəfər yazılı imtahanda iştirak etmək imkanı qazanıb.

Namizədlər yalnız "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. "Yaddaş kitabçası"nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilib.

İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Yazılı imtahana buraxılış vərəqəsi"ni iyulun 18-19-da saat 09:00-dan 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti