...

Yeni milli strategiyada təhsilin bütün pillələri əks olunacaq - TQDK sədri

Cəmiyyət Materials 15 İyul 2011 14:19 (UTC +04:00)
"2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya"da təhsilin bütün pillələri əks olunacaq. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Yeni milli strategiyada təhsilin bütün pillələri əks olunacaq - TQDK sədri

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

"2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya"da təhsilin bütün pillələri əks olunacaq. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu sənəddə əhalinin bilik səviyyəsini yüksəltmək üçün yollar da göstəriləcək.

Abbaszadə strategiyanın Azərbaycan təhsilinin gələcəyini müəyyənləşdirəcəyini deyib.

"İqtisadiyyatın inkişaf strategiyası ölkə üçün çox vacibdir. Lakin onu həyata keçirən insanlardır. XXI əsrin bütün hədəflərinə cavab vermək, biliklərə əsaslanan iqtisadiyyatı qurmaq üçün yüksək səviyyəli peşəkar olmaq lazımdır. Strategiya müəyyən edəcək ki, dövlət öz vətəndaşlarını necə görmək istəyir", - TQDK sədri bildirib.

Strategiyanın Azərbaycan təhsili üçün çox mühüm bir sənəd olacağını deyən Abbaszadənin sözlərinə görə, sənədin yaranmasında bütün komissiya üzvləri ilə yanaşı, Azərbaycanın pedaqoji ictimaiyyəti də fəal iştirak edəcək.

"Strategiyada konkret məsələlər göstərilməlidir ki, hansı addımda nəyi etmək lazımdır. Orta məktəblərdə 0-100 bal arası nəticə olmamalıdır. Bu yalnız statistik təsadüf kimi ola bilər. Təhsildə orta səviyyə daha yüksək olmalıdır. Biz bu problemi indi həll etməsək, sonra gec olacaq. Azərbaycanın iqtisadiyyatı inkişaf edir, lazımi səviyyədə olan mütəxəssislər tapılmır. Eyni zamanda, əlində diplom kifayət qədər iş axtaran var. Məktəbi çoxdan bitirən və nəticələri aşağı olduğundan təhsil ala bilməyən uşaqların da hansısa formada təhsil alma imkanları müəyyənləşməlidir. Bu problemlərin hamısı strategiyada əks olunacaq", - TQDK sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti