...

Azərbaycanda bu il 9 minə yaxın yük avtomobili sürücüsü cəzalandırılıb

Cəmiyyət Materials 19 İyul 2011 12:43 (UTC +04:00)
Azərbaycanda yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində 9 minə yaxım yük avtomobili sürücüsü cəzalandırılıb.
Azərbaycanda bu il 9 minə yaxın yük avtomobili sürücüsü cəzalandırılıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində 9 minə yaxın yük avtomobili sürücüsü cəzalandırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu ilin 6 ayında keçirilmiş reydlər zamanı nəqliyyat vasitələrini nəzərdə tutulduğundan artıq çəkidə yüklədiyinə görə 2 588, yük həcmini artırmaq məqsədilə bortları qanunsuz qaldırılmış 6 204 avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

Hesabat dövründə yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 408 342 yol hərəkət pozuntusu , o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7 686, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 42 111, ötmə qaydalarının pozulması üzrə 7 245, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 24 713, sərnişin daşıma qaydalarının pozulması üzrə 2 634 fakt aşkar ediblər.

Pozuntulara görə, 45073 sürücü yerində cərimə olunub, 1895 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti