...

Azərbaycanlı oxatan Yay Paralimpiya Oyunlarına minimal kvalifikasiya standartını yerinə yetirib

Cəmiyyət Materials 20 İyul 2011 10:42 (UTC +04:00)
Azərbaycanlı oxatan Zinyət Vəliyeva paraoxatma üzrə dünya çempionatında 11-ci yeri tutaraq XIV London Yay Paralimpiya Oyunlarına minimal kvalifikasiya standartını yerinə yetirib.
Azərbaycanlı oxatan Yay Paralimpiya Oyunlarına minimal kvalifikasiya standartını yerinə yetirib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı oxatan Zinyət Vəliyeva paraoxatma üzrə dünya çempionatında 11-ci yeri tutaraq XIV London Yay Paralimpiya Oyunlarına minimal kvalifikasiya standartını yerinə yetirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Paralimpiya Komitəsindən bildirilib.

İtaliyanın Turin şəhərində keçirilən çempionatda 14 ölkənin 25 idmançısı gücünü sınayıb. Azərbaycanı baş məşqçi Tahir Adilovun rəhbərliyi ilə Zinyət Vəliyeva təmsil edib. Oxatanımız 4 məsafədə - 70, 60, 50, 30 metrdə çıxış edib və ümumilikdə 1138 xal yığaraq 11-ci yerə layiq görülüb.

Vəliyevanın iştirak edəcəyi növbəti lisenziya xarakterli yarış avqustun 12-dən 18-dək Çexiyanın Nimburk şəhərində təşkil ediləcək turnir olacaq.

Xəbər lenti

Xəbər lenti