...

Azərbaycan Turizm İnstitutu Qırğızıstan və Ukraynanın turizm üzrə ixtisaslaşmış ali məktəbləri ilə əməkdaşlığı genişləndirəcək

Cəmiyyət Materials 21 İyul 2011 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu (ATİ) Qırğızıstan və Ukraynanın turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

ATİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təhsil müəssisələri arasında əlaqələrin genişləndirməsi barədə Türkiyədə keçirilən "Anadolunun zirvəsində beynəlxalq tanıtım və əməkdaşlıq görüşü-2 (AZUTİB-2)" adlı tədbirdə iştirak edən ATİ əməkdaşları ilə Qırğızıstan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Amangeldi Davletaliyev və TİKA-nın Ukrayna üzrə nümayəndəliyinin əməkdaşı Dilyaver Mambetov arasında fikir mübadiləsi aparılıb.

İyulun ikinci ongünlüyündə Türkiyənin Ərzurum şəhərində Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin (KUDAKA) dəstəyi ilə keçirilən AZUTİB-2 beynəlxalq tədbirinə dünyanın 16 ölkəsindən 120 nəfər, Türkiyədən isə 200-dən artıq iştirakçı qatılıb. Zirvə görüşündə ölkəmizin təmsilçiləri sırasında ATİ-nin əməkdaşları - Şəhla Əhmədova və Nərminə Abdullayeva da olub.

ATİ-nin nümayəndələri səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-memarlıq abidələri, görməli yerləri və möhtəşəm qış turizmi kompleksi ilə yaxından tanış olublar.

Xəbər lenti

Xəbər lenti