...

Son 20 ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard dollar xərclənib

Cəmiyyət Materials 21 İyul 2011 16:04 (UTC +04:00)
Son 20 ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.
Son 20 ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard dollar xərclənib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Son 20 ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə deyib.

Həsənov bildirib ki, həmin vəsaitin 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Baş nazirin müavini deyib ki, erməni problemi bütün türk dünyasının problemidir. O əlavə edib ki, Azərbaycan ilə Türkiyənin diasporları ermənilərə qarşı birgə mübarizəni daha da gücləndirməlidirlər.

Həsənovun sözlərinə görə, hökumət bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarına təşəkkür edən Baş nazirin müavini vurğulayıb ki, 1995-2010-cu illərdə bu qardaş ölkənin humanitar təşkilatları Azərbaycana 6 milyon dollar məbləğində yardım ediblər.

Görüşdə iştirak edən Türkiyənin "Radikal", "Hürriyyət", "Todays Zaman", "Zaman", "Milliyyət" və "Haber Türk" kimi nüfuzlu qəzetlərinin nümayəndələrinin səfərində məqsəd ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatları, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrini Türkiyə ictimaiyyətinə daha dolğun çatdırmaq, daha çox informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin genişlənməsinə dəstək göstərməkdir.

Xəbər lenti

Xəbər lenti