...

Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 22 İyul 2011 10:57 (UTC +04:00)
Bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, imtahan Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılacaq. Orta ümumtəhsil müəssisələrindən 1970 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 193 imtahan rəhbəri cəlb olunub.

İmtahanın gedişini işıqlandırmaq üçün 55 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib.

Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir.

16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 20138, Naxçıvanda 1062, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verəcək.

II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra - iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti