...

IV ixtisas qrupunda əsas müsabiqə vəziyyəti Tibb Universitetinin ixtisasları üzrə olacaq

Cəmiyyət Materials 22 İyul 2011 11:05 (UTC +04:00)
IV xtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında əsas müsabiqə vəziyyəti Azərbaycan Tibb Universitetinin ixtisasları üzrə olacaq.
IV ixtisas qrupunda əsas müsabiqə vəziyyəti Tibb Universitetinin ixtisasları üzrə olacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

IV xtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında əsas müsabiqə vəziyyəti Azərbaycan Tibb Universitetinin ixtisasları üzrə olacaq. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

"Burada ən prestijli ixtisas müalicə işidir. Bu ixtisas üzrə 630 plan yeri ayrılıb. Onlardan 130 yer ödənişsizdir. Daha yüksək bal toplamış 130 abituriyent Müalicə işi fakültəsinə ödənişsiz əsaslarla qəbul olunacaq", - Abbaszadə əlavə edib.

TQDK sədrinin sözlərinə görə, keçid balları abituriyentlərin topladığı ballar əsasında müəyyənləşir.

"Ümumilikdə Tibb Universitetinin bütün ixtisaslarına 530, 540 baldan aşağı nəticə göstərənlər qəbul oluna bilməyəcəklər", - Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti