...

Azərbaycanda anomal istilər sabah da davam edəcək

Cəmiyyət Materials 26 İyul 2011 11:43 (UTC +04:00)
Sabah Bakıda hava küləkli olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə daxil olan məlumatda deyilir.
Azərbaycanda anomal istilər sabah da davam edəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Sabah Bakıda hava küləkli olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə daxil olan məlumatda deyilir.

ETSN Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-26, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti