...

Gürcüstanda eramızdan əvvəl VII əsrə aid qadın məqbərəsi aşkar edilib

Cəmiyyət Materials 26 İyul 2011 18:45 (UTC +04:00)
Bu gün Gürcüstan Milli Muzeyində azərbaycanlıların yaşadığı Marneuli rayonunun İlmazlo kəndində aparılan arxeoloji işlər nəticəsində aşkar edilən əşyaların təqdimatı keçirilib.
Gürcüstanda eramızdan əvvəl VII əsrə aid qadın məqbərəsi aşkar edilib

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Milli Muzeyində azərbaycanlıların yaşadığı Marneuli rayonunun İlmazlo kəndində aparılan arxeoloji işlər nəticəsində aşkar edilən əşyaların təqdimatı keçirilib.

2011-ci ilin iyulundan "Gürcüstan Dövlət Elektrik Sistemi" Gürcüstan və Azərbaycanı birləşdirən 500 kilovat gücə malik yeni elektrik ötürücü xəttin tikintisini həyata keçirir.

Marneuli rayonunun İlmazlo kəndi yaxınlığında xəttin layihələşdirilməsi üzrə işlər zamanı 53 saylı dirəyin yerləşdiyi ərazidə Gürcüstan Milli Muzeyinin arxeoloji ekspedisiyası qabaqlayıcı işlər zamanı aşkar edilən eramızdan əvvəl VII əsrə aid qadın məqbərəsini öyrənib. Məqbərədə qızıl əşyaları - üzük və sırğa, eləcə də gildən düzəldilən boşqablar və heyvanların qalıqları olub.

Tapıntı mühüm əhəmiyyət kəsb edir, çünki bu dövrdə (erkən dəmir dövrü) bahalı daş-qaşdan hazırlanan əşyalara çox az təsadüf edilir. Aşkar edilən əşyalar yüksək ustalıqla hazırlanması ilə seçilir. Sırğaların analoqu isə yoxdur.

Xəbər lenti

Xəbər lenti