...

Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2011 12:13 (UTC +04:00)
Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Almaniyanın Hamburq şəhərində bu ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin futbol komandaları arasında turnir keçirilib. 16 komandanın qatıldığı yarışda azərbaycanlılardan ibarət komanda da mübarizə aparıb.

14 illik tarixi olan bu turnirin ənənəsinə görə hər il turnir zamanı Almaniyada yaşayan bir azsaylı xalqın doğma Vətəninin təqdimatı keçirilir. Bu dəfə turnirdə Azərbaycan Respublikasının təqdimatı olub.

Turnirin gedişatında Azərbaycan musiqisi səsləndirilib, Azərbaycan musiqisi və mahnılarından ibarət CD-lər təşkilatçılara və qonaqlara paylanıb, toplaşanlara Azərbaycan haqqında məlumat verilib.

Turnir zamanı Azərbaycan rəqsləri ifa olunub, qonaqlar üzərinə milli kulinariyamızın ləziz təamları düzülmüş masaya dəvət olunublar.

Azərbaycanlılardan ibarət futbol komandası ilk oyununa başlamazdan əvvəl Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəbər lenti

Xəbər lenti