...

Ramazan ayında yas mərasimlərində iftardan əvvəl ehsan verilməməlidir - Allahşükür Paşazadə

Cəmiyyət Materials 28 İyul 2011 11:59 (UTC +04:00)
Ramazan ayında yas mərasimlərində iftardan əvvəl ehsan verilməməlidir. Bu barədə Ramazan ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Ramazan ayında yas mərasimlərində iftardan əvvəl ehsan verilməməlidir - Allahşükür Paşazadə

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Ramazan ayında yas mərasimlərində iftardan əvvəl ehsan verilməməlidir. Bu barədə Ramazan ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə deyib.

"Möminlər, mollalar yas mərasimlərində bu qaydanın tətbiq olunmasını tələb etməlidirlər. Əgər bu tələb yerinə yetirilməzsə, mollalar yas mərasimlərində Quran açmamalıdırlar. Bu, şəriətin tələbidir. Hamı buna əməl etməlidir", - Paşazadə bildirib.

Şeyxülislam qeyd edib ki, Ramazan Bayramı dövlət səviyyəsində 2 gün qeyd ediləcək. Bu da süni və şiə məzhəbinə mənsub insanların bayramı özlərinə müvafiq gündə keçirməsnə imkan yaradacaq.

Ramazan ayı bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyulun 31-i niyyət gecəsidir.

Xəbər lenti

Xəbər lenti