...

Azərbaycanda anomal isti hava şəraiti ilə bağlı növbəti rəsmi xəbərdarlıq edildi

Cəmiyyət Materials 30 İyul 2011 11:47 (UTC +04:00)
Azərbaycanda istirahət günü anomal isti hava şəraiti davam edəcək.
Azərbaycanda anomal isti hava şəraiti ilə bağlı növbəti rəsmi xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanda istirahət günü anomal isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti dəfə xəbərdarlıq edir ki, avqustun 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti