...

Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi artıb

Cəmiyyət Materials 3 Avqust 2011 11:32 (UTC +04:00)
Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi artıb
Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi artıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bu ilin yanvar-iyun aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə mübadiləsinin 2,9 milyard dolları MDB üzvü dövlətləri, 14,5 milyard dolları digər ölkələrlə həyata keçirilib.

2010-cu ilin altı ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,3 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 32,7 faiz, digər dövlətlər üzrə isə 6,1 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 8,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılıb.

Xəbər lenti

Xəbər lenti