...

MDB ölkələri tələbələri üçün keçiriləcək "Liderlik məktəbi"nin iştirakçıları müəyyənləşib

Cəmiyyət Materials 4 Avqust 2011 15:28 (UTC +04:00)
MDB ölkələri tələbələri üçün keçiriləcək "Liderlik məktəbi"nin iştirakçıları müəyyənləşib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının (ATGTİ) mətbuat xidmətindən məlumat verilib.
MDB ölkələri tələbələri üçün keçiriləcək "Liderlik məktəbi"nin iştirakçıları müəyyənləşib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

MDB ölkələri tələbələri üçün keçiriləcək "Liderlik məktəbi"nin iştirakçıları müəyyənləşib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının (ATGTİ) mətbuat xidmətindən məlumat verilib.

Artıq düşərgədə iştirak edəcək yerli tələbələrin iki mərhələdə təşkil olunmuş seçim turu başa çatıb. Düşərgədə iştirak etmək üçün Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərdən yekunda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Musiqi akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialında təhsil alan tələbələr seçilib. Türkiyənin Fatih Universitetinin tələbəsi olan azərbaycanlı gənc də düşərgədə iştirak etmək hüququ qazanıb. MDB-nin digər ölkələrindən düşərgədə iştirak edəcək tələbələr isə eyni qaydada öz ölkələrində seçiliblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) MDB-yə üzv ölkələrin Hökümətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2011-ci il 8-13 avqust tarixlərində Qəbələ şəhərində "MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi"ni reallaşdıracaq.

Xəbər lenti

Xəbər lenti