...

Bakı yol polisi sürücülərə xəbərdarlıq edir

Cəmiyyət Materials 4 Avqust 2011 16:24 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına start verib.
Bakı yol polisi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına start verib. Bu barədə cümə axşamı Trend-ə Bakı şəhər Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

"Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində" Dövlət Proqramının icrası ilə əlaqədar olaraq avtonəqliyyat vasitələri tərəfindən atmosferin çirklləndirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə daxili işlər, ekologiya və təbii sərvətlər nazirlərinin əmri ilə avqustun 1-dən aylığın icrasına başlanılıb", - Əsədov əlavə edib.

Əsədovun sözlərinə görə, Tədbirlər Planına uyğun olaraq Azərbaycan ərazisində, o cümlədən Bakıda "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına start verilib. Plana uyğun olaraq avtomobillərin mühərriklərinin hərəkətləri zamanı ixrac etdiyi dəm qazının tərkibində normadan artıq zərərli maddələrin olmasını aşkar edən xüsusi cihazların köməyi ilə avtomobillərin yoxlanılması təşkil olunur. Normadan artıq çirklənmə qeydə alınarsa, sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunurlar.

Xüsusi aparatlar vasitəsilə həm dizel, həm də benzin mühərrikləri ilə işləyən avtomobillər yoxlanılır.

Əsədov deyib ki, avtomobillərdən çıxan tüstünün tərkibi belə cihazlar vasitəsilə öyrəniləcək.

Onun sözlərinə görə, avqustun 1-dən artıq Bakıda ətraf mühiti çirkləndirdiyinə görə 14 avtomobilin sürücüsü barədə protokol tərtib edilib.

Əsədov qeyd edib ki, tədbirlərə uyğun olaraq, eyni zamanda, hüquqi şəxslərə məxsus avtomobillərin təsərrüfat qarajlarında reydlər təşkil ediləcək.

Bakı yol polisi sürücülərin nəzərinə çatdırır ki, avtomobilin texniki sazlığına diqqət yetirsinlər.

Xəbər lenti

Xəbər lenti