...

Azərbaycanın bəzi ərazilərinə dolu yağacaq

Cəmiyyət Materials 5 Avqust 2011 13:42 (UTC +04:00)
Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir.
Azərbaycanın bəzi ərazilərinə dolu yağacaq

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə təşkil edəcək.

Avqustun 6-da Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlara dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti