...

Bakıda yol hərəkəti qaydalarının pozucuları barədə məlumatlar "qınaq lövhəsi"ndə yerləşdiriləcək

Cəmiyyət Materials 5 Avqust 2011 17:59 (UTC +04:00)
Yol hərəkəti qaydaları pozucularının ictimai məsuliyyətə cəlb edilməsi üçün onların fotoşəkillərinin və nömrə nişanlarının sosial şəbəkələrdə yerləşdirilməsi planlaşdırılır.
Bakıda yol hərəkəti qaydalarının pozucuları barədə məlumatlar "qınaq lövhəsi"ndə yerləşdiriləcək

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Z.Əhmədova/

Yol hərəkəti qaydaları pozucularının ictimai məsuliyyətə cəlb edilməsi üçün onların fotoşəkillərinin və nömrə nişanlarının sosial şəbəkələrdə yerləşdirilməsi planlaşdırılır. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən deyiblər.

"Onlara qarşı mübarizədə təsiredici üsul təkcə inzibati cərimələr deyil, həm də ictimai qınaqdır, - İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. - Səhifədə videoqeydiyyatların foto və kameralarından videoçarxlar qoyulacaq".

Onun sözlərinə görə, "qınaq lövhəsi"nə çıxarılacaq məlumatların sayəsində şəhər əhalisi qayda pozucularını üzündən tanıyacaq. "Cəmiyyətin qaydalara əməl etməyən sürücüləri tənqid etməsi yolda onların "odunu söndürəcək", - o əlavə edib.

Belə üsulla insanların diqqətini yol hərəkəti qaydalarının pozulması probleminə cəlb etmək olar.

Sosial şəbəkələrdə fotoşəkillərin dərc edilməsi yol hərəkəti qaydaları pozucularını öz hərəkətlərindən utanmağa məcbur edir, eləcə də digər sürücülər üçün nümunədir.

Xəbər lenti

Xəbər lenti