...

B6 vitamini siqaret çəkənləri xərçəngdən qoruyur

Cəmiyyət Materials 9 Avqust 2011 13:21 (UTC +04:00)
Fransanın Beynəlxalq Onkoloji Tədqiqatlar Agentliyinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər ki, orqanizmində yüksək səviyyəli B6 vitamini olan siqaret çəkənlərin ciyərlərində xərçəng əmələ gəlməsi riski iki dəfə azdır. Qanda fol turşusunun yüksək səviyyədə olması da bu xəstəliyin inkişaf riskini 67 faiz azaldır. Trend-in məlumatına görə, bu barədə Likar . info portalı məlumat verib
B6 vitamini siqaret çəkənləri xərçəngdən qoruyur

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Fransanın Beynəlxalq Onkoloji Tədqiqatlar Agentliyinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər ki, orqanizmində yüksək səviyyəli B6 vitamini olan siqaret çəkənlərin ciyərlərində xərçəng əmələ gəlməsi riski iki dəfə azdır. Qanda fol turşusunun yüksək səviyyədə olması da bu xəstəliyin inkişaf riskini 67 faiz azaldır. Trend-in məlumatına görə, bu barədə Likar . info portalı məlumat verib.

B6 vitamini Dənli bitkilər, yunan badamı və fındığı, ispanaq, kartof, kök, rəngli və ağ kələm, pomidor, çiyələk, gilas, portağal və limon B6 vitamini ilə xüsusilə zəngindir. B6 vitamini ət və süd məhsullarında, balıqda, qaraciyərdə, yumurtada, yarmada və paxlada da var. Lakin alimlər bu məhsullara ümid etməməyi tövsiyə edirlər və zərərli vərdişlərdən əl çəkməyi məsləhət görürlər.

Xəbər lenti

Xəbər lenti