...

Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir - nazir müavini

Cəmiyyət Materials 9 Avqust 2011 15:14 (UTC +04:00)
Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir. Trend-in məlumatına görə, bunu "MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi"nin çərşənbə axşamı Qəbələdə keçirilən açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir - nazir müavini

Azərbaycan, Qəbələ, 9 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir. Trend-in məlumatına görə, bunu "MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi"nin çərşənbə axşamı Qəbələdə keçirilən açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti gənclərin dünyanın müxtəlif ölkələrinin gəncləri ilə sıx əlaqələr qurmasında maraqlıdır. Nazir müavini qeyd edib ki, bu günün gəncləri gələcəyin dövlət, ictimai və elm xadimləri olacaqlar. Ona görə də, xarici ölkələrin gəncləri Azərbaycanı tanıyarsa, ölkəmizin gəncləri ilə dostluq münasibətləri qurarsa, onlar gələcəkdə öz ölkələri ilə Azərbaycan arasında hər hansı problemin yaranmasına imkan verməzlər.

Milli Məclisin Qəbələ rayonundan olan deputatı Fəttah Heydərov çıxışında bildirib ki, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından bu düşərgə gənclər üçün yaxşı imkandır. O, tələbələrə düşərgənin onlar üçün yaratdığı imkanlardan maksimum yararlanmağı tövsiyə edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov isə çıxışında qeyd edib ki, bu gün Azərbaycan gənclərin hərtərəfli inkişafı üçün münbit ölkəyə çevrilib.

MDB-yə üzv ölkələrin Hökümətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ 8-13 avqust tarixlərində Qəbələ şəhərində "MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi"ni reallaşdırır.

Xəbər lenti

Xəbər lenti