...

Baş Prokurorluqda "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimatı keçirilib

Cəmiyyət Materials 9 Avqust 2011 18:12 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğunda çərşənbə axşamı dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilib.
Baş Prokurorluqda "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycanın Baş Prokurorluğunda çərşənbə axşamı dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətidən bildirilib.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov bildir ib ki, Azərbaycan Prokurorluğunun tarixində hərtərəfli müasirləşdirmə və inkişaf dövrünün əsasını qoyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində xeyli işlər görül üb, Baş Prokurorluğun strukturunda dəyişikliklər aparılmaqla tərkibində İnformasiya texnologiyalarının tətbiqi xidməti olmaqla tam yeni məzmunda Hüquqi təminat və informasiya idarəsinin yaradılması təmin edilib .

Baş prokurorun müavini vurğula yıb ki, prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdiril ib , Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin əməkdaşları tərəfindən "Elektron Sənəd Dövriyyəsi" Proqramı hazırlan ıb . Proqrama ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələrinin, 2-ci mərhələdə Respublika Hərbi Prokurorluğunun, Bakı şəhər prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, 3-cü mərhələdə isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması təmin olunacaq.

Tədbirdə çıxış edən Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq qeyd e dib ki, informasiya-kommunikasiya sisteminin tətbiqi sahəsində sistematik və ardıcıl iş aparılaraq çoxsaylı tədbirlər həyata keçiril ib , o cümlədən Baş Prokurorluqda və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması üzrə zəruri işlər görül üb . Belə ki, ilk olaraq mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemində Baş Prokurorluğun hər bir idarə və şöbələri tərəfindən yerləşdiriləcək əsas məlumat bazasına və sistemin qurulması üçün zəruri olan texniki tələblərə dair məsələlər öyrənil ib , sistemin təşkili və səmərəli fəaliyyəti üçün yerinə yetirilməsi vacib olan tədbirlər müəyyənləşdirilmiş, sənədlərin elektron dövriyyəsi, idarədaxili mübadiləsi, elektron arxivlərin yaradılması kimi elementlər üzrə təşkil olunacağı aydınlaşdırılmış, müvafiq işlərin həcminin müəyyən edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət edilmişdir. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində prokurorluğun balansında olan bütün inzibati binalar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir kompüter avadanlığının alınması və digər tədbirlərin görülməsi üçün tələb olunan resursların həcmi müəyyən edilmiş, proqramla bağlı digər təşkilati-texniki işlər həyata keçirilib.

Baş prokuror yanında Korrupsiyaya qaşı mübarizə idarəsinin rəisi Kamran Əliyev çıxışında informasiya texnologiyalarının korrupsiya cinayətlərinin istintaqında tətbiq edilməsinin əhəmiyyətini qeyd etmişdir.
Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev "Elektron Sənəd Dövriyyəsi" Proqramının mahiyyəti, işləmə mexanizmi, üstün cəhətləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırmaqla məlumatlandırmış, onları maraqlandıran suallara ətraflı cavablar verib .

Tədbirdə iştirak edən dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında Azərbaycan Respublikası Prokurorluğunda müasir informasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirərək, "Elektron Sənəd Dövriyyəsi" Proqramını təqdirəlayiq addım kimi dəyərləndir ilib .

Xəbər lenti

Xəbər lenti