...

Yeni təhsil ilində Azərbaycanda şagirdlərə paylanılacaq pulsuz dərs vəsaitinin həcmi açıqlanıb

Cəmiyyət Materials 12 Avqust 2011 12:40 (UTC +04:00)
Bu il Azərbaycan şagirdlərinə 3,5 milyona yaxın pulsuz dərs vəsaiti paylanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Yeni təhsil ilində Azərbaycanda şagirdlərə paylanılacaq pulsuz dərs vəsaitinin həcmi açıqlanıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Bu il Azərbaycan şagirdlərinə 3,5 milyona yaxın pulsuz dərs vəsaiti paylanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Respublikada təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi üçün 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3 463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı, eləcə də müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub.

Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.

2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı" və "Rus dili" dərslikləri yenidən nəşr olunub.

Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses davam etdirilir. Dərsliklərin yerlərə çatdırılması işinə də başlanılıb.

Xəbər lenti

Xəbər lenti