...

Azərbaycan alpinistləri 6 min metrdən çox hündürlüyə qalxıblar

Cəmiyyət Materials 15 Avqust 2011 19:28 (UTC +04:00)
Üzeyir Hacıbəyovun xatirəsinə həsr edilən, Azərbaycan nümayəndə heyətinin Pamirə ekspedisiyası bazar ertəsi 6100-6200 metr hündürlükdə düşərgəyə çatıb.
Azərbaycan alpinistləri 6 min metrdən çox hündürlüyə qalxıblar

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Üzeyir Hacıbəyovun xatirəsinə həsr edilən, Azərbaycan nümayəndə heyətinin Pamirə ekspedisiyası bazar ertəsi 6100-6200 metr hündürlükdə düşərgəyə çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Alpinizm Federasiyasının məlumatında deyilir.

Avqustun 16-na Lenin zirvəsinə qalxmaq planlaşdırılıb. Ötən iki həftə ekspedisiya iştirakçıları iqlimləşdirmə çıxışlarını və yüksəklik düşərgələrinin quraşdırılmasını həyata keçiriblər.

Ekspedisiya rəhbəri, beynəlxalq dərəcəli idman ustası Nikolay Totmyanin azərbaycanlı yetirmələri üçün "Şimal divarı" üzrə marşrutu seçib (Arkina marşrutu, çətinliyinə görə 5a dərəcəli). Son beş ildə bu marşrut heç kim tərəfindən keçilməyib.

Federasiyadan qeyd edilib ki, alpinistlərin vəziyyəti yaxşıdır, ekspedisiyada döyüş əhval-ruhiyyəsi var.

Xəbər lenti

Xəbər lenti