...

Guardian: Azərbaycan postsovet məkanında iqtisadi cəhətdən ən güclü ölkələrdən biridir

Cəmiyyət Materials 18 Avqust 2011 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend /

Neftdən gələn gəlirlər Azərbaycanı postsovet məkanında iqtisadi cəhətdən ən güclü dövlətlərdən birinə çevirib və bura əhalisinin sayı artan azsaylı keçmiş sovet respublikalarından biridir.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın Guardian qəzetində dərc olunan "End of the USSR: visualising how the former Soviet countries are doing, 20 years on" adlı məqalədə deyilir.

Qəzetin yazdığına görə, Ermənistan və Gürcüstanda 2000-ci illərdəki doğum üzrə artım 2008/09-cu illərdəki qlobal böhran nəticəsində kəskin şəkildə azalıb.

"Dağlıq Qarabağ və Abxaziyadakı dondurulmuş münaqişələr siyasi və iqtisadi qiymət tələb edir, Gürcüstanla bağlı halda isə özünün hakim şimal qonşusu Rusiya ilə münasibətlərin pozulması keçmiş sovet respublikaları arasında müharibəyə gətirib çıxarıb.

Guardian onu da qeyd edir ki, Ermənistan bütün 15 possovet respublikası arasında işsizlikdən ən çox əziyyət çəkir və ölkədə çox az demokratik islahatlar aparılıb.

Guardian-da dərc olunan məqalədə deyilir ki, bununla yanaşı, bütün regionda orta ömür uzunluğu kəskin şəkildə artıb, uşaq ölümü isə son dərəcə azalıb.

Xəbər lenti

Xəbər lenti