...

"Eurovision"ın açılışınadək Bakı Bulvarı Dövlət Bayrağı meydanınadək uzadılacaq

Cəmiyyət Materials 18 Avqust 2011 13:44 (UTC +04:00)
Bakı sahilyanı bulvarının Dövlət Bayrağı meydanı tərəfə genişləndirilməsinin Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində başa çatdırılması planlaşdırılır.
"Eurovision"ın açılışınadək Bakı Bulvarı Dövlət Bayrağı meydanınadək uzadılacaq

Azərbaycan, Bakı, 18 avqust / Trend, müxbir Z.Əhmədova/

Bakı sahilyanı bulvarının Dövlət Bayrağı meydanı tərəfə genişləndirilməsinin Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində başa çatdırılması planlaşdırılır. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

"Eurovision-2012"-nin keçirilməsindən asılı olmayaraq, bulvarın Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanınadək uzadılması gələn ilin martında başa çatmalıdır. Müsabiqə başlayanadək işlərin tamamlanması qonaqlara genişləndirilmiş dənizkənarı parkda gəzmək imkanı verəcək", - idarənin direktor müavini Nazim Məcidov bildirib.

Bulvarın genişləndirilməsi son iki ildə aparılır. Gələcəkdə o Zığ qəsəbəsinədək uzanacaq.

Xəbər lenti

Xəbər lenti