...

Azərbaycanlı avarçəkənlər "London-2012" Olimpiya Oyunlarına vəsiqə qazanmağa yaxındırlar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Avqust 2011 18:06 (UTC +04:00)
Dünya çempionatında iştirak edən fərdi şəkildə mübarizə aparan iki idmançımız və bir duetimiz yarımfinala yüksəlib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı avarçəkənlər "London-2012" Olimpiya Oyunlarına vəsiqə qazanmağa yaxındırlar (ƏLAVƏ OLUNUB)

Beşinci abzasdan sonrakı hissə əlavə olunub (ilk xəbər saat 14:58-də yayılıb)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Dünya çempionatında iştirak edən fərdi şəkildə mübarizə aparan iki idmançımız və bir duetimiz yarımfinala yüksəlib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın Seqed şəhərində davam edən dünya çempionatında Azərbaycanın kayak və kanoeçiləri 500 metr məsayə növbəti seçmə yürüşlərə qatılıblar. Əvvəlcə mübarizəyə 1 nəfərlik qayıqla çıxış edən qadın kayakçımız Natalya Fiklisova qoşulub. Fiklisova bu məsafəyə yürüşdə finişə 2 dəqiqə 5,762 saniyəyə çataraq, 6-cı olub. Qaydalara əsasən, kayakçımız ilk altılıqa düşdüyü üçün yarımfinala yüksəlib.

Ardından kanoe üzrə ikiqat dünya və üçqat Avropa çempionumuz Valentin Demyanenko start xəttinə çıxıb. 1 nəfərlik qayıqla yürüş edən Demyanenko sonadək üstünlüyünü əldən verməyərək, 2 dəqiqə 1,628 saniyə nəticə ilə seçmə mərhələdəki bütün rəqiblərini qabaqlayıb.

Daha sonra 2 nəfərlik kayak qayığı ilə Mirnazim Cavadov - Tamerlan Cavadov dueti 500 seçmə mərhələ yürüşünə başlayıb. Gənc olmalarına baxmayaraq, kişilərin mübarizəsinə qatılan azərbaycanlı cütlüyün çıxışı uğurlu alınıb. Onlar finişə 1 dəqiqə 41,341 saniyəyə çatıblar. Bu nəticə ilə yalnız italiyalı Nikola Ripamonti - Mattia Kolombi duetindən 3,348 saniyə geri qalan duetimiz yarımfinala yüksəlib. Qaydalara əsasən, Ripamonti - Kolombi cütlüyü birbaşa əsas finala çıxıb.

Dünya çempionatının ilk günündə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 42,752 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib.

Macarıstanın Seqed şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycanın kayak və kanoeçiləri yarımfinal yürüşlərində çıxış ediblər. Əvvəlcə 1 nəfərlik kayak qayığı ilə yeganə qadın təmsilçimiz Natalya Fiklisova 500 metr məsafəyə yürüş edib. O, finişə 2 dəqiqə 7,334 saniyəyə çataraq 8-ci olub. Bununla da Fiklisova əsas finala vəsiqə qazana bilməyib. 2 nəfərlik kayak qayığı ilə mübarizə aparan Tamerlan Mustafayev - Mirnazim Cavadov dueti yarımfinalda ilk "3-lüy"ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb. Onlar finişə 1 dəqiqə 44,435 saniyəyə çataraq 6-cı olublar. Bu nəticə ilə Mustafayev - Cavadov cütlüyü B finalına (10 - 18-ci yerlər) çıxıb.

Kanoeçilərimiz isə finala yüksəlməyi bacarıblar. Valentin Demyanenko 1 nəfərlik qayıqla 500 metr məsafəyə yarımfinal yürüşündə finişə 2 dəqiqə 1,855 dəqiqəyə çatıb. O, eyni məsafəni 1 dəqiqə 59,917 saniyəyə qət edən ukraynalı Aleksandr Maksimçukdan geri qalıb. Demyanenko, Maksimçuk və 2 dəqiqə 2,941 saniyə nəticə ilə üçüncü yeri tutan rusiyalı Vladir Fedosenko əsas finala yüksəlib.

Sergey Bezuqlıy - Maksim Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə finala çıxıb. Yarımfinal yürüşündə son saniyələrdə liderliyini əldən verən azərbaycanlı cütlük ikinci yeri tutub. Onlar yalnız kubalı Sergey Torres Madriqal - Karel Agilar Çakon duetindən 0,342 saniyə geri qalıblar. Üçüncü yer isə çinli Maoxinq Huanq - Qianq Li duetinə qismət olub. Hər üç cütlük əsas finala yüksəlib. Bu isə o deməkdir ki, azərbaycanlı cütlük olimpiya məsafəsində ən azı ilk "9-luq"dakı yerini təmin edib. Onlar avqustun 20-də Bakı vaxtı ilə 18:18-də keçiriləcək final yürüşündə ilk yeddiliyə düşməyi bacarsalar, müstəqil Azərbaycan idmanı tarixində ilk dəfə kanoe növündə böyüklər arasında olimpiadaya lisenziya qazanacaqlar.

Həlledici mərhələ yürüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da olacaq.

Xəbər lenti

Xəbər lenti