...

Xoşbəxt nikah ürəyi qoruyur

Cəmiyyət Materials 26 Avqust 2011 14:34 (UTC +04:00)
Xoşbəxt nikah ürəyi qoruyur
Xoşbəxt nikah ürəyi qoruyur

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Roçester Universitetinin alimləri aydınlaşdırıblar ki, ürəyi xəstə olan adamlar əgər xoşbəxt ailə həyatı qurublarsa, daha çox yaşayırlar. Trend-in məlumatına görə, bu barədə Likar.info portalı xəbər verir.

Ekspertlər orta koronar şuntlama əməliyyatına məruz qalan 225 pasiyentin vəziyyətini müşahidə ediblər, həm də onların ailədə münasibətlərini diqqətə alıblar. 15 ildən sonra məlum olub ki, ürək əməliyyatı keçirən xoşbəxt nikaha malik qadınların 83 faizi sağ qalıb. Onların arasında bədbəxt olan və ya ərdə olmayanların müvafiq olaraq 28 və 27 faizi sağ qalıb. Kişilər arasında bu göstəricilər müvafiq olaraq 83, 60 və 36 faiz təşkil edib. Ailədə harmoniya qadınların həyatı üçün daha əsaslı amil olub.

Ekspertlər ürəyin sağlamlığı üçün zərərli vərdişlərdən imtina və sağlam həyat tərzi kimi, ailədəki münasibətləri də mühüm amil sayırlar

Xəbər lenti

Xəbər lenti