...

Antidepressantlar orqanizmi xərçəngdən qoruyur

Cəmiyyət Materials 27 Avqust 2011 11:25 (UTC +04:00)
Britaniyalı alimlər belə nəticəyə gəliblər ki, antidepressantlar orqanizmi bağırsaq və beyin xərçəngindən qorumağa qadirdirlər. Trend-in məlumatına görə, bu barədə "Telefraph" qəzeti xəbər verir
Antidepressantlar orqanizmi xərçəngdən qoruyur

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Britaniyalı alimlər belə nəticəyə gəliblər ki, antidepressantlar orqanizmi bağırsaq və beyin xərçəngindən qorumağa qadirdirlər. Trend-in məlumatına görə, bu barədə "Telefraph" qəzeti xəbər verir.

Mütəxəssislər xərçəngin inkişafına genetik meyilli olan 93 min adamın sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, ciddi həkim nəzarəti altında antidepressantların qəbulu bağırsaq xərçənginin inkişafı riskini 16-21 faiz və beyin xərçənginin inkişafı riskini isə 42-64 faiz azaldır.

Alimlər izah edirlər ki, trisiklik antidepressantlar xərçəng hüceyrələrinin mitoxondriyasına hücum edərək onların çoxalmasına və yaşamasına mane olurlar. Ona görə də mütəxəssislər xərçəng şişlərinin profilaktikası və müalicəsi üçün antidepressantlarda potensial görürlər.

Xəbər lenti

Xəbər lenti