Gürcüstan, Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın PİK (Qafqaz Birinci İnformasiya) telekanalının "Muğam" sənədli filmi ABŞ-da "Moondance" beynəlxalq kinofestivalında (Moondance International Film Festival) mükafata layiq görülüb.
Telekanaldan Trend-ə verilən məlumata görə, Azərbaycan musiqisinin nadir janrına həsr olunmuş sənədli film qələbəni "Ən yaxşı qısametrajlı xarici film" nominasiyasında Britaniya istehsalı olan "Evə doğru yol" kinofilmi ilə paylaşıb.
Sentyabrın 16-da Kolorado ştatının paytaxtı Denverdə "Muğam" filminin ilk nümayişi olacaq. Bundan başqa, sentyabrın 18-də Denverdə kinofestival qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Rejissor Aleksandr Qabuniyanın fikrincə, bu film bəşəriyyətin sözsüz tarixidir.