...

Bakıda Dünya Gənclər Bankının regional ofisi açılıb

Cəmiyyət Materials 2 Sentyabr 2011 15:18 (UTC +04:00)
Bakıda Dünya Gənclər Bankının regional ofisi açılıb. Trend-in məlumatına görə, cümə günü keçrilən açılış mərasimində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.
Bakıda Dünya Gənclər Bankının regional ofisi açılıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Dünya Gənclər Bankının regional ofisi açılıb. Trend-in məlumatına görə, cümə günü keçrilən açılış mərasimində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dünya Gənclər Bankının Bakı ofisinin rəhbəri Vüsalə Hüseynova açıb. O, qeyd edib ki, bankın başlıca məqsədi 38 yaşına qədər olan gənclərin biznes fəaliyyətinə başlamasına yardım göstərməkdir. Hüseynova bildirib ki, Gənclər Bankı Şəbəkəsi "Minilliyin çağırışı" proqramı çərçivəsində nəzərdə tutulmuş işləri də görəcək.

BMT-nin Bakı nümayəndəliyinin rəsmisi Nato Alxazaşvili öz növbəsində, Bankın bakı ofisinin açılmasını yüksək qiymətləndirib və bu işdə təşəbbüsü olan hər kəsi təbrik edib.

Daha sonra çıxış edən millət vəkili Fuad Muradov Azərbaycanda Dünya Gənclər Bankının regional ofisinin açılmasını yüksək qiymətləndirib. O, Bankın regional ofisinin nümayəndələrini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

2002-ci ildə yaradılan bu təşkilat BMT-nin İqtisadi Komissiyası, Global Compact və Dünya Bankı tərəfindən təsis edilib. Təşkilatın əsas fəaliyyət istiqaməti BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsi, gənclər üçün yeni iş yerlərinin açılması və digər proqramların həyata keçirilməsidir.

Bankın Azərbaycanda fəaliyyət göstərəcək ofisi Şəbəkənin sayca altıncı regional ofisi olacaq.

Xəbər lenti

Xəbər lenti