...

TQDK məzunları aşağı nəticə göstərən rayon və şəhərlərin adlarını açıqlayıb

Cəmiyyət Materials 3 Sentyabr 2011 12:58 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarda builki məzunları yüksək və aşağı nəticə göstərən rayon və şəhərlərin adlarını açıqlayıb.
TQDK məzunları aşağı nəticə göstərən rayon və şəhərlərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarda builki məzunları yüksək və aşağı nəticə göstərən rayon və şəhərlərin adlarını açıqlayıb.

Trend-in məlumatına görə, TQDK-nın şöbə müdiri Tariyel Bədəlov şənbə günü Bakıda keçirilən respublika müəllimlərinin konfransında çıxışı zamanı bildirib ki, qəbul imtahanlarında ən yüksək nəticələri Bakı, Sumqayıt şəhərlərinin və Qax rayonunun builki məzunları göstəriblər.

Onun sözlərinə görə, Qazax, Salyan, Neftçala, Qəbələ, Göyçay rayonlarının məzunlarının da nəticələri pis olmayıb.

"Qusar, Ağsu, Yardımlı, Hacıqabul, İmişli rayonlarından olan məzunların nəticələri isə olduqca aşağıdır", - Bədəlov deyib.

Şöbə müdiri bildirib ki, bu il atestat alan məzunların 19,6 faizi qəbul imtahanlarında iştirak etməyib.

Qəbul imtahanlarında iştirak etmiş məzunların 28,3 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub.

Xəbər lenti

Xəbər lenti